Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu “Firdaus bağçası” adlı qəbiristanlıqda torpağa tapşırılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.