“Zirə” Konfrans Liqasında mübarizəni dayandırdı

"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı

120 dəqiqəlik mübarizə “Hayduk”un 2-1 hesablı qələbəsi ilə başa çatdı. “Zirə” bu nəticə ilə Konfrans Liqasında mübarizəni dayandırdı.

***

“Hayduk” 94-cü dəqiqədə Benrahounun qolu ilə hesabda yenidən önə keçdi: 2-1.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci qol vurulub.

Bakı klubu hesabı bərabərləşirib – 1:1.

***

Quima 77-ci dəqiqədə qırmızı vərəqə almaqla “Zirə”ni meydanda azlıqda qoydu.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci hissə başlayıb.

***

Krovinoviç görüşün 19-cu dəqiqəsində meydan sahiblərini hesabda önə keçirdi: 1-0.

***

“Hayduk” – “Zirə” oyunu başladı.

***

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Hayduk” – “Zirə” matçının heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar 23:00-da oyuna aşağıdakı heyətlə çıxacaqlar.

Hayduk“: 1. İvuşiç, 4. Payaziti, 7. Kalik, 10. Livaya (k), 22. Mlaçiç, 23. Krovinoviç, 28. Braykoviç, 29. Karaçiç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 37. Skoko.

Ehtiyat oyunçular: 13. Luçiç, 33. Siliç, 5. Diallo, 6. Japer, 8. Siqur, 11. Şeqo, 17. Melinyak, 21. Pukştas, 24. Sanyanq, 34. Durdov, 38. Hodak, 45. Benrahu.

Zirə“: 97. Tiaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 87. Abdul Batibie, 26. Stefan Aka.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski.