
“Zirə” “DAK 1904″ü səfərdə də məğlub 2-1 edərək növbəti mərhələyə yüksəldi.
***
“DAK 1904” 56-cı dəqiqədə Yapinin qırmızı vərəqə alması ilə meydanda azlıqda qaldı. Rəqibin qapısına təyin olunan penalti zərbəsini Qismət Alıyev dəqiq yerinə yetirdi: 1-2.
***
Mendez 40-cı dəqiqədə “DAK 1904″ün bərabərlik qoluna imza atdı: 1-1.
***
Matçın 25-ci dəqiqəsində Rafael Utzik “Zirə”ni hesabda önə keçirdi: 0-1.
***
“Zirə” növbəti avrokubok oyununa çıxıb.
Globalinfo.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan Rəşad Sadıqovun yetirmələri “Dunayska Streda” ilə qarşılaşır.
Bakıda rəqibini darmadağın edən Bakı klubu üstünlüyünü Slovakiyada qorumağa çalışacaq. Cari mövsümün bütün görüşlərində qol sevinci yaşayan “Zirə” bu seriyasını davam etdirmək üçün də mübarizə aparacaq.














