“Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşası ilə Zəngəzur dəhlizi tam gücündə fəaliyyət göstərəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Uraloğlu bildirib ki, Zəngəzur dəhlizindən 30 illik perspektivdə 147,6 milyard lirəlik iqtisadi qazanc təmin ediləcək:
“Dəhliz vasitəsilə 15 milyon ton yük daşınacaq, vaxt, yol baxımı, qəzaların azalması və iqlim faydaları ilə birlikdə böyük iqtisadi səmərə əldə olunacaq. Layihənin Orta Dəhlizə güclü dəstək verəcəyi və dəniz nəqliyyatı ilə müqayisədə ciddi vaxt qazancları təmin edəcəyi gözlənilir. Dəhliz Türk dünyasına və Uzaq Şərq bazarlarına ən qısa çıxış yolunu formalaşdıracaq”.