Zəngəzur dəhlizi məsələsi necə həll ediləcək? – AÇIQLAMA

Zəngəzur dəhlizi məsələsi necə həll ediləcək? – AÇIQLAMA

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılmasının faydasını başa düşə bilmir və rəsmi Bakı qonşu İran ərazisindən nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb.

Maraqlıdır, Zəngəzur dəhlizi məsələsi gündəmdən tamamilə çıxıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev xatırladıb ki, dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının görüşü zamanı Prezident İlham Əliyevin digər ölkə rəhbərləri, o cümlədən Ermənistan Baş naziri Nikol Paşinyanla söhbəti oldu:

Ramiz Alıyev: Azərbaycan polisi dövlətin və xalqın təhlükəsizliyini şərəflə qoruyur

“Görüşün ardınca Ermənistan rəsmiləri sülh istiqamətində daha çox müsbət mesajlar verməyə, yaxın günlərdə müqavilənin imzalanmasının mümkün olacağı haqda fikirlər səsləndirməyə başlayıblar. Ermənistan başa düşür ki, mövcudluğunu saxlamaq üçün region ölkələri ilə münasibətlərini normallaşdırmalı, mehriban qonşuluq siyasəti yürütməlidir. Sülh müqaviləsi imzalanarkən Zəngəzur dəhlizi məsələsi də öz həllini tapacaq. Bu dəhlizə alternativ yol üçün İranla razılığa gəlinib. Bakı və Tehranın razılaşması Ermənistanı da aktivləşdirib”.

Safura Bənnayeva

Globalinfo.az