Zəlzələyə görə Türkiyədə istintaqa cəlb edilənlərin sayı

Türkiyədə bir-birinin ardınca baş verən zəlzələlərdən sonra müxtəlif şəhərlərdə çökən binalarla əlaqəli olan 600-dən çox insana qarşı araşdırmalar aparılır.

Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunlar tikinti podratçıları, bina sahibləri və mühəndislərdir.

Hazırda yoxlamalar davam edir və binaların çökməsində yeni dəlillərin aşkarlanması cinayət istintaqı üçün əsas götürülüb.

Mütəxəssislər zəlzələnin ardından bir çox binaların aşağı səviyyəli tikinti materiallarından tikildiyi və dövlət standartlarına cavab vermədiyi qənaətindədir.