Zəlzələnin yerlə-yeksan etdiyi HATAY – Müqayisəli VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələ nəticəsində xeyli dağıntı qeydə alınıb. Dağıntılar altında qalan 39 672 nəfər həlak olub. Ümumilikdə 82 min binaya zərər dəyib.

Globalinfo.az xəbər verir ki, Türkiyənin Hatay şəhərinin zəlzələdən öncə və sonrakı müqayisəli görüntüsü yayılıb.

Görüntülərdə Hatay şəhərində Cümhuriyyət və Künefecilər meydanları, Asi çayı ətrafı və Atatürk küçəsindəki ev və iş yerləri, Habib-i Neccar məscidi yer alıb.

Hatayın zəlzələdən əvvəl və sonra olan müqayisəli görüntüsünü təqdim edirik: