Zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirildi – VİDEO

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələri Bakıya gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tələbələrin cənazəsini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Zəlzələdən həlak olanların yaxınları aeroporta toplaşıb. Həlak olanların nəşini qarşılamağa gələnlər arasında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel də var. Türkiyəli diplomat zəlzələdə həlak olan tələbələrin yaxınlarına başsağlığı verib, səbr diləyib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib - FOTO  - VİDEO Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib - FOTO  - VİDEO Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib - FOTO  - VİDEO Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib - FOTO  - VİDEO Türkiyədə baş verən zəlzələdə həlak olan tələbələrin nəşi Azərbaycana gətirilib - FOTO  - VİDEO