1651064296 putin zelenskiy

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqları qadağan edən qərarı qüvvədə qalır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “European Pravda”ya müsahibəsində deyib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı sərəncama əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr 2022-ci il tarixli “Rusiya Federasiyasının ərazilərini ilhaq etmək cəhdinə cavab olaraq Ukraynanın hərəkətləri haqqında” qərar qüvvəyə minib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: