Zelenskinin Avropadan tələbi: Qərb ABŞ ilə birlikdə…

Zelenskinin Avropadan tələbi: Qərb ABŞ ilə birlikdə…

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb dövlətlərindən ölkəsinin büdcəsinə illik 40 milyard dollar maliyyə dəstəyi göstərilməsini tələb edib.

Globalinfo.az xəbər verir ki, Zelenski bu istəyini G7 liderlərinin xüsusi iclasında çıxış edərkən səsləndirib.

“Ukraynanın davamlılığı üçün illik 40 milyard dollar maliyyə dəstəyi təmin olunmalıdır. Bu, G7 ölkələrinin, o cümlədən ABŞ-ın ortaq qərarı olmalıdır”, – o deyib.

Ukrayna dövlət başçısı həmçinin Kiyevə hava hücumundan müdafiə sistemlərinin və pilotsuz aparatları vurmaq üçün dronların istehsalına maliyyə ayrılmasını istəyib. O vurğulayıb ki, bu sahədə ölkəsi artıq öz istehsalat layihələrini həyata keçirməkdədir.

Qeyd edək ki, Zelenski daha əvvəl açıqlamasında ABŞ-ın hərbi yardımını dayandıracağından narahat olduğunu bildirib. O, bu məsələni G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırırdı. Lakin Tramp sammiti vaxtından əvvəl tərk etdiyindən görüş baş tutmayıb.

Aysel Əliyeva
Globalinfo.az