Rusiya Prezidenti Vladimir Putinə Fransada keçirilən “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində görüş təklif etmişəm.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Kiyevdə Kiyevo-Peçersk Lavrasında çıxışı zamanı ABŞ-ın Putinin də görüşə dəvət edilməsinə razılıq verdiyini bildirib.
“G7 sammiti zamanı Putinlə görüşməyə hazırıq, çünki orada ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron olacaq. Yəni Avropa və ABŞ birlikdə. Məncə, bu, hamının bir araya gəlməsi üçün çox yaxşı fürsətdir”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Avropa və ABŞ bu təşəbbüsə razılaşıb, lakin Rusiya dialoqa hazır olmadığını göstərib.
Ukrayna mənbəsi “Reuters” agentliyinə bildirib ki, Kiyev Rusiya tərəfinə görüşlə bağlı dəvət göndərsə də, aydın cavab almayıb.
Eyni zamanda, Fransa hələ ki, Putinin və ya digər Rusiya nümayəndələrinin sammitə dəvət edildiyini təsdiqləməyib.
Əliyar Xəlil
Globalinfo.az