tramp zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı ölkəsinin Vaşinqtondakı səfirinin dəyişdirilməsi imkanını müzakirə edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

“2021-ci ildən Ukraynanın ABŞ-dakı səfiri postunu tutan Oksana Markarovanın dəyişdirilməsi ilə bağlı müzakirələr Kiyev və Vaşinqton arasında münasibətlərin soyuması fonunda gedir. Mümkün varislər arasında Ukraynanın baş naziri Denis Şmıxal , baş nazirin Avropaya inteqrasiya üzrə müavini Olha Stefanişina , müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko var”, – deyə agentlik əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: