“Zelenski Putin kimi olmaq istəyir, amma bu, onda alınmır”.
Globalinfo.az xəbər verir ki, bu fikiri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
O, Zelenskinin özünü Putinlə müqayisə etməyə çalışdığını deyib:
“Ukrayna prezidenti Vladimir Zelenski bütün xalq tərəfindən dəstəklənən Rusiya lideri Vladimir Putin kimi olmaq istəyir, lakin bu, onda alınmır”, – Peskov vurğulayıb.
Rusiya Prezidentinin sözçüsü əlavə edib ki, Zelenski yenidən dominant dəstək almağa çalışır:
“O, Prezident Putin kimi olmaq istəyir. Çalışır ki, bütün xalq Zelenskini dəstəkləsin. Amma bu, alınmır. Ukraynada getdikcə daha çox insan Zelenski hakimiyyətinin nəyisə səhv etdiyini düşünməyə başlayır”, – deyə Peskov fikirlərini tamamlayıb.
Əliyar Xəlil
Globalinfo.az