Zelenski mütləq gücə yaxınlaşır – Rusiyalı deputat

Zelenski mütləq gücə yaxınlaşır - Rusiyalı deputat

Ukrayna Prezidenti Volodimir Zelenski mütləq gücə doğru irəliləyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov danışıb.

Deputat bildirib ki, Denis Şmıxalın baş nazir postundan istefası Zelenskinin siyasi gücünü daha da artırır.

“Beləliklə, Zelenski yəqin ki, əvvəldən arzuladığı mütləq gücə getdikcə yaxınlaşır”, – o deyib.

Juravlyov həmçinin Ukrayna hökumətindəki dəyişikliklərin qanunvericiliyə zidd şəkildə Ali Radanın təsdiqi olmadan baş verdiyini xatırladıb. Onun sözlərinə görə, bu, ölkədə hələ də yeganə qanuni idarəetmə orqanı olan parlamentin səlahiyyətlərinin pozulması deməkdir.