Ukrayna Prezidenti Vladimir Zelenski şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat yayılıb.
“Mən bu gün Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək şərəfinə nail oldum. Ukraynanın suverenliyini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, – Zelenski bildirib.
Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib
Qeyd edək ki, rus ordusunun uzun müddətdir Baxmutu mühasirəyə aldığı bildirilir.














