Ukrayna-Rusiya müharibəsi Vladimir Putinlə danışıqlar olmadan başa çatmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya liderini düşmən hesab etməsindən asılı olmayaraq, onunla dialoq beynəlxalq siyasətin əsasını təşkil edir. Bayden Putinlə dialoqa rəğmən, Rusiyanın savaşda uduzacağına əmin olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski isə evə xoş xəbərlərlə qayıdacağını söyləyib:
“Bu bizim azadlıq savaşımızda qələbəyə doğru addımdır. Bizim əla xəbərlərimiz var. Prezident Bayden bu gün Ukraynaya 2 milyard dollar həcmində yeni yardım paketi elan etdi və bu paketin ən güclü elementi “Patriot” kompleksləridir”.














