Zelenski ABŞ-də 78 il əvvəlki olayı xatırlatdı, İranı “vurdu”

Zelenski ABŞ-də 78 il əvvəlki olayı xatırlatdı, İranı “vurdu”

Əgər Rusiyanı dayandırmasaq, Moskva sizin müttəfiqlərinizə zərbə endirəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, gələn il müharibədə dönüş anı olacaq:

“Onlar bizə qarşı hər şeyi işə salıblar. Bənzər tiraniya ötən əsrin ortalarında əlində olan hər şeyi azad dünyaya qarşı istifadə etmişdi. Cəsur ABŞ hərbçiləri 1944-cü ilin miladında Hitler qoşunlarını geri atdıqları kimi, Ukrayna əsgərləri də bənzərini bu miladda Putinin ordusuna qarşı edir. Ukrayna mövqelərini azad edir və heç vaxt əldən verməyəcək”.

Zelenski həmçinin Rusiya və İranın əməkdaşlığının ABŞ-nin bütün müttəfiqlərinə təhdid yaratdığını söyləyib:

“Rusiya özünün soyqırım siyasətində ortaq tapıb. Bu, İrandır. Rusiyanın aldığı İran dronları bizim kritik infrastrurukturumuza əsas təhdidə çevrilib. Bir terrorçu digərini tapıb ki, azad dünyaya qarşı savaşsınlar. Rusiya və İranı təcili dayandırmaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az