Zəfər günü: mükafatlandırılan hərbçilərin sayı

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər günü münasibətilə bu gün imzaladığı sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif olunub.

Globalinfo.az xəbər verir ki, 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan 206 hərbi qulluqçu, eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.

Bundan başqa, Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış 1 hərbi qulluqçu, Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili də təltif edilib.

Təltiflərin sayı 1470-dür. “Azərbaycan bayrağı” ordeni ilə 30, 2-ci dərəcəli “Rəşadət” ordeni 1, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə 55 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 6, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 283, “Vətən uğrunda” medalı ilə 327, “İgidliyə görə” medalı ilə 130, “Qarabağ” ordeni ilə 5, “Suqovuşanın azad olunmasına görə” medalı 1, “Xocavəndin azad olunmasına görə” medalı ilə 1, “Döyüşdə fərqlənməyə görə” medalı ilə 182, “Cəsur döyüşçü” medalı ilə 176 və “Hərbi xidmətlərə görə” medalı ilə 273 hərbçi təltif edilib.