tural sevgilisi

Bir neçə gün əvvəl 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyev tərəfindən qətlə yetirilən Tural Kosayevin sevgilisi sosial şəbəkələrdə müxtəlif paylaşımlar edib.

Globalinfo.az Modern.az- a istinadla xəbər verir ki, o, Turalın ölümünün səbəbkarı olduğunu bildirib.

“Bilirəm, Turalın ölümünün səbəbkarı mən oldum. Amma İsmayıl əl çəkmirdi. Mənə atdığı səslər var. Məni şantaj edirdi. Mən də Turalla görüşdüm. Tural məni qorumaq üçün onunla söhbət edirdi. Sonra silah səsi eşitdim. Mən çox ağır travmadayam. Bilib-bilmədən danışmayın. Tural, səni çox sevirəm”, – o qeyd edib.

Qeyd edək ki, qətl hadisəsi iyunun 26-da Bakının Nərimanov rayonunda gecə saatlarında törədilib. Hadisənin qıza görə olduğu bildirilir.

f29b389f 6ac8 447a 987b e40b556f8e8c 9f154c2e d89b 4e2d b101 762a411c852c

Paylaş: