Zaxarovadan “3+3” formatı haqda açıqlama: Lavrov…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçiriləcək “3+3” formatında danışıqlarda iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Qeyd edək ki, İRNA agentliyi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.