Region ölkələri toplanır: “3+3” formatında görüş keçiriləcək – Tarix

Sabah Tehranda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə də danışıqların olacağı gözlənilir.