Zaxarovadan üçtərəfli bəyanatlarla bağlı açıqlama

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiya üçtərəfli sazişlərin bütün spektrinə əsaslanır. Məhz üçtərəfli bəyanatlar bu prosesin inkişafı üçün etibarlı zəmin təşkil edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, Rusiyanın vasitəçi kimi öz funksiyasını səmərəli yerinə yetirməyə çalışdığını deyib.

“Biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiq öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, buna görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”, – Zaxarova qeyd edib.