Zaxaravodan erməni jurnalistə: “Qarabağda Azərbaycan bayrağı dalğalanır”

Zaxaravodan erməni jurnalistə: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"

“Bakı və İrəvan birlikdə ATƏT-in Minsk qrupunun buraxılması təşəbbüsü ilə çıxış edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun mandatı öz aktuallığını itirib, Ermənistan və Azərbaycan bu strukturun ləğvinə birgə təşəbbüs göstərə bilər. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Zaxarova erməni jurnalistin təxribatçı sualına da cavab verib. Belə ki, erməni jurnalist bir vaxtlar Rusiya bayrağının dalğalandığı Suriya və Qarabağda indi Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığını deyib. Rusiya XİN-in sözçüsü isə suala belə cavab verib:

“Xatırladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır və siz bununla razılaşırsınız. Ermənistan rəhbərliyi isə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az