Zaporojye AES-i Ukrayna vurub? – Balitskidən ŞOK

f71a0296018dea027c129a80d96b74d6 1723405726 full

“Ukrayna Silahlı Qüvvələrinin Enerqodarı atəşə tutmasından sonra Zaporojye Atom Elektrik Stansiyasının soyutma obyektində yanğın başladı”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitsk çıxış edib.

Onun sözlərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Partlayış ehtimalı yoxdur.

Zaporojye AES-in mətbuat xidməti də yanğının obyektin fəaliyyətinə heç bir təsir göstərmədiyini açıqlayıb. Stansiyanın normal işlədiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az