Zakir Həsənov Türkiyənin Zəfər Bayramında – FOTOLAR

Zakir Həsənov Türkiyənin Zəfər Bayramında - FOTOLAR

Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.

Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.

Zakir Həsənov Ankarada Türkiyənin Zəfər Bayramında iştirak edibZakir Həsənov Ankarada Türkiyənin Zəfər Bayramında iştirak edibZakir Həsənov Ankarada Türkiyənin Zəfər Bayramında iştirak edib