Zakir Həsənovla italiyalı həmkarı arasında müzakirə – FOTOLAR

Zakir Həsənovla italiyalı həmkarı arasında müzakirə - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Zakir Həsənovla italiyalı həmkarı arasında müzakirə - FOTOLARZakir Həsənovla italiyalı həmkarı arasında müzakirə - FOTOLAR