Zakir Həsənov İsrail müdafiə naziri ilə danışdı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənov təşəkkür edib.