Bəzi ölkələrdə Yutub videohostinq platformasının fəaliyyətində texniki nasazlıq müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat dərc olunub.
Məlumata görə, istifadəçilərin 3 faizi tətbiqin işləməsində nasazlıq olduğunu, 16 faizi videoların işə düşmədiyini, 81 faizi isə sayta daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.














