Yusuf Dikeç müsahibə üçün bu qədər pul tələb edir – Məbləğ

Yusuf Dikeç müsahibə üçün bu qədər pul tələb edir - Məbləğ

“Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın “L”equipe” qəzeti yazıb.

“Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil”, – Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.

Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.