
Bakıda yük avtomobilinin törətdiyi qəza ətrafdakılara qorxulu anlar yaşadıb.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Yük avtomobili hansı səbəbdənsə, geriyə hərəkət edir. Nəticədə arxadan gələn birinci maşın qəzadan yan keçə bilsə də, ikinci maşından ancaq bir nəfər son anda özünü xilas edə bilir.
Sosial şəbəkə iştirakçılarının yazdıqlarına görə, yük avtomobilində sürücü olmayıb və o, qəfildən geriyə hərəkət edib.
Hadisənin dəqiq hansı ərazidə qeydə alındığı məlum deyil.














