Yeniyetməyə görə işdən çıxarılan baş həkim danışdı

Yeniyetməyə görə işdən çıxarılan baş həkim danışdı

“İşdən çıxarılmağımla bağlı heç bir söz deyə bilmərəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılması xəbəri haqda danışarkən deyib.

“Heç kimə müsahibə vermək istəmirəm. Sualınıza cavab almaq istəyirsinizsə, Səhiyyə Nazirliyi ilə əlaqə saxlayın”, – o bildirib.

Qeyd edək ki, Ağahəsən Rəsulov Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra onun ruhi xəstə olmadığını bildirmişdi.

Zaira Akifqızı
Globalinfo.az