Yeni müharibə qapıda: Avropa qərarı gözləyir

Yeni müharibə qapıda: Avropa qərarı gözləyir

Polşa Belarusla sərhəd ərazini ABŞ helikopterləri ilə qorumağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak danışıb.

Onun sözlərinə görə, Varşava ABŞ Konqresinin müvafiq qərarını gözləyir. Bildirilir ki, bu qərarla Polşa “Abrams” tankları və “Apache” helikopterləri ilə regionda sədd yaradacaq. Beləliklə Brest qapıları bağlanacaq.

Blaşakın sözlərinə görə, hazırda həmin ərazidə Cənubi Koreyanın “K2 Black Panther” tankları, FA-50 döyüş təyyarələri və HİMARS artilleriya sistemləri yerləşdirilib.

Qeyd edək ki, Polşa-Belarus sərhədində gərginlik “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Belarus ərazisində yerləşdirilməsindən sonra yaranıb.