Yeni baş katibi Vaşinqton ilə nə bağlayır? – Ağar mühüm detalı açıqladı 

“Niderlandın Baş naziri Mark Ruttenin NATO Baş katibi seçilməsi təəccüblü deyil”.

Bu sözləri Globalinfo.az-a türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, NATO Baş katibinin dəyişməsi alyansın xarici siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq:

“Ümumiyyətlə NATO-nun hazırkı mövqeyi xüsusilə Rusiya-Ukrayna müharibəsinə yanaşması ABŞ-ın maraqlarına uyğundur. Yəni Vaşinqton yeni baş katibinin siyasi kursa sadiq qalmasını istəyir.

Mark Ruttenin ABŞ-ın istədiyi kimi bir baş katibdir. Yəni bu o deməkdir ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi təqdirdə NATO bu ölkəyə dəstəyini ifadə edəcək.

Nəticə etibarilə Mark Ruttenin NATO Baş katibi seçilməsi xüsusi bir yenilik ilə yadda qalmaycaq. O mövcud vəziyyəti davam etdirəcək. Bu mənada onun seçilməsində Vaşinqtonun da dəstəyi olduğunu demək olar”.

Turan Rzayev 

Globalinfo.az