Yekaterinburqda adam döydü, Bakıya qaçarkən saxlanıldı

Yekaterinburqda adam döydü, Bakıya qaçarkən saxlanıldı

Yekaterinburqda təqaüdçü və onun nəvəsini döyən azərbaycanlı polis tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mnoqonatsional” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Bebel küçəsində yerləşən binanın həyətində baş verib. İlkin məlumata görə, tərəflər park olunan avtomobilə görə mübahisə edib. Bu zaman şübhəli şəxs təqaüdçünü və onun nəvəsini döyüb.

Məlumat yayıldıqdan sonra həmin şəxs Yekaterinburqdan Azərbaycana qaçmaq istəyib, lakin “Rusiya İcması”nın dəstəyi ilə polis tərəfindən saxlanılıb.

Onun əvvəllər quldurluğa görə məhkum olunan Azərbaycan əsilli Elgün Müslümov olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Tahir Turan
Globalinfo.az