Yaxın Şərqdə müharibə uzana bilər: İsrail əməliyyatın vaxtını açıqlamır – YENİLƏNİB

Yaxın Şərqdə müharibə uzana bilər: İsrail əməliyyatın vaxtını açıqlamır – YENİLƏNİB

İsrailin İrana qarşı əməliyyatının nə qədər davam edəcəyi hələ məlum deyil.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon jurnalistlərə açıqlamasında deyib.

“Bu əməliyyatın nə qədər vaxt aparacağını bilmirik,” – deyə o bildirib.

Diplomat qeyd edib ki, İsrail hakimiyyəti əhalini İran tərəfindən gözlənilən cavab hücumlarına qarşı əvvəlcədən xəbərdar edib.

“Keçən gecə İran Silahlı Qüvvələri İsrailə qarşı 100-dən çox pilotsuz uçuş aparatı göndərdi. Biz onların hamısını zərərsizləşdirdik. Amma daha geniş hücum vasitələrinin istifadəsini də gözləyirik. Əhalini çox gərgin günlərə hazır etmişik”, – Danon bildirib.

*** 19:37

İsrail İrana qarşı başladığı əməliyyatın nə qədər davam edəcəyini hələ müəyyənləşdirməyib.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi bildirib.

Diplomatın sözlərinə görə, əməliyyatın gedişatı və nəticələri yaxın günlərdəki proseslərdən asılı olacaq.

Aysel Əliyeva
Globalinfo.az