Yasamalda tarixi binanın balkonu uçdu – VİDEO

Yasamalda tarixi binanın balkonu uçdu - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4B ünvanında yerləşən binanın balkonu uçub.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı sakinlər Oxu.Az-a göndəriblər.

Balkonu uçan binanın tarixi tikili olduğu iddia edilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.