Yaponiya Baş naziri Fumio Kişida Cənubi Koreyaya səfər edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb.
Bu, son 12 ildə Yaponiya baş nazirinin Seula ilk səfəridir.
Kişidanın Cənubi Koreya lideri ilə təkbaşına və geniş tərkibdə görüşü olacağı vurğulanıb. Xüsusilə təhlükəsizlik, yüksək texnologiyalı sənaye, eləcə də elm və texnologiya sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib.
İlkin Həsənov
Globalinfo.az














