Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.
Globalinfo.az bildirir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
***10:49
Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürüb.
Globalinfo.az bildirir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında bildirilib.
Qeyd edilib ki, partiya bütün dairələrdən namizədlərini irəli sürüb.
***10:16
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
Globalinfo.az bildirir ki, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
***09:29
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.
Globalinfo.az bildirir ki, iclasda hakim partiyanın növbədənkənar parlament seçkilərində namizədləri müəyyən ediləcək.
Partiya üzvləri artıq partiyanın qərargahına toplanır.
İclasın bir azdan başlayacağı gözlənilir.
Fotolar “Qafqazinfo”ya məxsusdur:

























