YAP-da fövqəladə toplantı keçirilir – FOTOLAR

Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında fövqəladə iclas keçirilir.

Globalinfo.az xəbər verir ki, iclasda partiya üzvləri və rəsmilərin iştirak etdiyi bildirilir.

Son vaxtlar Milli Məclisin (MM) buraxılacağı haqda xəbərlər intensivləşdiyi üçün parlamentdə və YAP-ın Mərkəzi Qərargahında qələbəlik, növbədənkənar toplantılar diqqət çəkir. Martın 18-də MM-də keçirilən qəfil toplantı da bəzi media orqanlarında parlamentin buraxılacağı kimi əksini tapmışdı. Sonradan məlum oldu ki, deputatlar Ümummilli lider “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmaq üçün toplaşıblar.

YAP-ın Mərkəzi Qərargahındakı iclasın parlament seçkiləri ilə əlaqəli olub-olmadığı bəlli deyil.