Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.