Xorvatiyanın yeni prezidenti bəlli oldu – YENİLƏNDİ

Xorvatiyanın yeni prezidenti bəlli oldu - YENİLƏNDİ

Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda bülletenlərin 99,48 faizinin sayılmasından sonra səslərin 74,66 faizini toplayıb.

Globalinfo.az xəbr verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Onun rəqibi, keçmiş təhsil naziri Draqan Primorats isə 25.34 faiz səs toplayıb.

***00:47

Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç seçkinin ikinci turunda yenidən ölkəsinin prezidenti seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Xorvatiyanın HRT televiziyasında nümayiş etdirilən “exit-poll” nəticələrinə görə Z. Milanoviç 77,86 faiz, keçmiş elm, təhsil və idman naziri Draqan Primorats isə 22.14 faiz səs toplayıb.