XİN: “Türkiyənin yanındayıq”

“Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

“Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq”, – deyə qeyd olunub.