Xarici işlər nazirlərinin Türkiyədə baş tutacaq “3+3” formatında görüşünün dəqiq tarixi müəyyən edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
“Konkret tarixlər var və bu barədə diplomatik kanallar vasitəsilə məlumat veriləcək”, – səfir bildirib.
Xatırladaq ki, 3+3 formatına Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistan daxildir. XİN başçılarının ilk görüşü 2021-ci ilin dekabrında Moskvada, ikincisi isə 2023-cü ilin oktyabrında Tehranda olub.














