Cənubi Qafqazda problemin həll olunması üçün “3+3” məşvərətçi regional platformasına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində növbəti görüşün keçirilməsi razılaşdırılır.
Globalinfo.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
“Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır. Ümumiyyətlə regionda hər hansı pronlemin olması müsbət hal deyil. Buna görə növbəti görüşün baş tutmasına çalışılır”.
Xatırladaq ki, “3+3” platformasına Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə daxildir.
Əliyar Xəlil
Globalinfo.az














