Xətaidə işıq nə zaman tam bərpa ediləcək? – Rəsmi

Xətaidə işıq nə zaman tam bərpa ediləcək? - Rəsmi

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.

***15:23

“Xətai rayonunda yeraltı kabel xətlərində zədələnmə var, buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb”.

Globalinfo.az xəbər veriri ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən bildirilib.

Məlumatda qeyd olunub ki, problem hissə-hissə həll olunur.