Xəstəxanada olan Mahir Cürətdən xəbər var

Xəstəxanada olan Mahir Cürətdən xəbər var

Məşhur qəzəlxan Mahir Cürət bu gün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a meyxanaçının bacısı oğlu Nuh Tarverdiyev məlumat verib.

O, dayısının nə qədər müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb:

“Vəziyyəti pisdir. Ayaqları yaradır, çürüyür, müalicə lazımdır, ona görə də nə vaxt xəstəxanadan buraxılacağını bilmirik”.