Ürəyi xəstə gənc hərbi xidmətə aparılıb? – Açıqlama

Bir neçə gün öncə hərbi xidmətdən məzuniyyətə gələn Vüsal Səmədovun valideynləri onun ürəyində xəstəlik olduğunu iddia edərək aidiyyəti qurumlardan məsələnin araşdırılmasını istəyiblər.

Globalinfo.az bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, V.Səmədov sağlamdır:

“2023-cü ilin yanvar çağırışına hazırlıq zamanı çağırışçı Səmədov Vüsal İnqlab oğlu tibbi müayinəyə cəlb olunmuş EKQ, USM və çağırışçılar üçün nəzərdə tutulan bütün diaqnostik müayinələrdən keçirilmiş və komissiyanın qərarı ilə hərbi xidmətə yararlı olaraq şəhadətləndirilib. Sosial şəbəkələrdə yayılan məlum videodan sonra 28 avqust 2023-cü il tarixdə təkrar həkim müayinəsi keçirilib və onun sağlamlığında heç bir problem aşkar edilməyib”.

Zaira Akifqızı
Globalinfo.az