Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ermənilərdən müsadirə edilmiş döyüş texnikası, silah və sursata baxış keçiriblər.
Globalinfo.az xəbər verir ki, onlara Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən məlumat verilib.
***17:55
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər.
Globalinfo.az bildirir ki, bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.
Onları Müdafiə Nazirliyinin rəsmiləri müşayiət edir.














