Bu lövhə Xankəndinin girişinə nə vaxt vurulacaq? – Vitse-spiker açıqladı

Qarabağ ərazisində işğal dövründə ermənilər yaşasa da, hüquqi baxımdan o torpaqlar Azərbaycanın tarixi ərazisidir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə atılan ilk addımlardan biri də şəhər adlarını əks etdirən lövhələrin dəyişdirilməsidir.

Bəs Xankəndinin tarixi adı yazılan lövhələr nə zaman asılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib ki, əsas məsələ Xankəndidə yazılan lövhə deyil.

O, ən vacib məsələnin həll olunduğunu bildirib:

“Bildiyimiz kimi, ermənilər artıq təslimçilik aktına qol çəkiblər, ağ bayraq qaldırılıb. Yəni mövzu həm nəzəri, həm praktik cəhətdən bağlanıb. Lövhənin dəyişdirilməsi təşkilati işlərdir. Hazırda ermənilərin əksəriyyəti Xankəndini tərk edirlər, qalanlar isə təkliflərə riayət etməlidirlər. Proses tamamlandıqdan dərhal sonra Xankəndinin adı yenidən lövhələdə olacaq.

Sovet dönəmində Xankəndinin adını dəyişib Şaumyanın şərəfinə Stepanakert qoydular. Ad dəyişmək 1 dəqiqəlik işdir. Sadəcə, tələsərək ora lövhə asmaqla nəyə nail olacağıq? Biz lazım olan məsələlərə nail olmuşıq!”

Fəzail İbrahimli

F.İbrahimli deyib ki, lövhə asmaq xırda təşkilati məqamdır:

“Allahın iznilə lövhəni asmaq məsələsi çox rahatlıqla həyata keçiriləcək və yaxın zamanda o lövhə orada asılacaq. Bu, sabah da ola bilər, 2 gün və ya 1 ay sonra da. Ona görə də narahat olmağa dəyməz. Bir gün ərzində nə ağac bar verir, nə də meyvə yetişir. Lövhəni yerləşdirmək bizim əlimizdədir. Gəlib o lövhəni gülləbaran edən qüvvə yoxdur. Azərbaycan dünya ictimaiyyətində öz obrazını yaradıb”.

Zaira Akifqızı
Globalinfo.az