Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: Meyitləri…

Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: Meyitləri…

Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir.

Faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb.

Rəsmi Bakı ölkəmiz humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.